“BAE Systems” və “Irving Shipbuilding” Kanadanın dəniz proqramı üçün tərəfdaşlıq yaradır

2025/03/1742368909.jpg
Oxunub: 497     19:20     01 Aprel 2025    
“BAE Systems” və Kanadanın “Irving Shipbuilding Inc.” (ISI) şirkəti “River” sinfinə məxsus esmines proqramının növbəti mərhələsi üçün müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Bu müqavilə Kanada hökumətinin ISI-ni 15 gəmidən ilk üçünün inşası və çatdırılması, həmçinin təlim, ehtiyat hissələri və texniki dəstək üçün icra müqaviləsi ilə təltif etməsindən sonra gəlir.

“River” sinfinə məxsus esmines proqramı İkinci Dünya müharibəsindən etibarən Kanadanın ən əhatəli gəmiqayırma layihələrindən birini təmsil edir.

Gəmilərin dəniz quldurluğu, terrorizmlə mübarizə, kəşfiyyat və müşahidə, humanitar yardım və axtarış-xilasetmə missiyaları da daxil olmaqla, dəniz əməliyyatlarına töhfə verəcəyi gözlənilir.

Gəminin dizaynına cavabdeh olan “BAE Systems” bütün inşa mərhələsində məsləhət və dəstək xidmətləri göstərəcək.

Şirkətin Böyük Britaniyanın “Type 26” və Avstraliyanın “Hunter” sinfi proqramları üzrə təcrübəsindən inşa prosesi zamanı ISI-ni dəstəkləmək üçün istifadə olunacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BAE-Systems   Irving-Shipbuilding   Kanada  


Bizi "telegram"da izləyin