Ordu.az xəbər verir ki, bu barədə Almaniyanın “Hartpunkt” nəşri məlumat yayıb.
“Enforce Tac 2025” müdafiə sərgisində ilk dəfə plastik mərmili iki növ 7,62×51 mm pulemyot sursatları təqdim edilib.
İstehsalçının məlumatına görə, bu mərmilər aşağı yan zərərə görə əhalinin sıx olduğu yerlərdə istifadə üçün xüsusilə əlverişlidir, plastik mərmilər isə aşağı kinetik enerjiyə və məhdud nüfuzetmə qabiliyyətinə malikdir.
Almaniya müdafiə mənbələrinin verdiyi məlumata görə, sursatın xüsusi pulemyot modulları ilə birlikdə istifadə edildikdə, PUA-lara qarşı sərfəli və effektiv həll yolu təqdim edəcəyi gözlənilir.
Məlumata görə, mərmilərin iki konfiqurasiyası hazırlanıb.
Sevinc Əliyeva
Ordu.az