Ordu.az xəbər verir ki, bu barədə Cənubi Kiprdə yerləşən ALPHA TV kanalı məlumat yayıb.
ALPHA TV kanalının məlumatına görə, sistem Kipr Milli Qvardiyası (GEEF) tərəfindən istifadə ediləcək.
Bu çərçivədə İsraildən alınan yeni nəsil HHM sistemləri Rusiya istehsalı olan mövcud “Tor-M1” və BUK M1-2 sistemlərini əvəz edəcək.
ALPHA TV-nin məlumatına görə, sistemin ikinci partiyası ötən ilin yanvarında təhvil verilib.
Ötən dövrdə “Dəmir Günbəz” sisteminin İsraildən Cənubi Kiprə təhvil verildiyi iddia edilib, lakin Cənubi Kipr mənbələri bu iddianı təkzib edərək, təhvil verilən sistemin “Barak MX” olduğunu bildirib.
Bundan əlavə, “Forbes” tərəfindən paylaşılan bir məlumatda Cənubi Kiprin İsraildən ən azı 2 ədəd “Barak MX” HHM batareyası və onlarla raketi açıqlanmayan məbləğə aldığı qeyd edilib.
Sevinc Əliyeva
Ordu.az