Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məluamt yayıb.
Məlumata görə, “Boeing” ABŞ HHQ-nin F-15EX sifarişinin “Lot 2”sini təhvil verməyə hazırlaşır. “Lot 2”nin 9 bort nömrəli ilk təyyarəsi martın əvvəlində ilk uçuşunu edib.
2021-ci ildə təhvil verilən ilk döyüş təyyarəsi ilə başlayan 8 ədəd “Lot 1A” və 1B təyyarələrinin təhvil verilməsi 2024-cü ilin iyun ayında tamamlanıb.
Təyyarələrdən 6-sı Floridadakı “Eglin” aviabazasında inkişaf etdirmə sınaqları üçün göndərilib, digər ikisi isə F-15EX-lər üçün ilk əməliyyat bölməsi olması planlaşdırılan “Oregon” Hava Milli Qvardiyasının 142-ci Qanadına göndərilib.
Sevinc Əliyeva
Ordu.az