Britaniya 40 ədəd “Eurofighter Typhoon” döyüş təyyarəsinin satışı üçün Ankaraya rəsmi təklif təqdim edib

2025/03/1742362571.jpg
Oxunub: 614     18:35     19 Mart 2025    
Böyük Britaniya Müdafiə Nazirliyi 40 ədəd “Eurofighter Typhoon” döyüş təyyarəsinin satışı üçün Ankaraya rəsmi təklif təqdim edib.

Ordu.az xəbər verir ki, barədə “OnAlert” məlumat yayıb.

Bu addım Avropa istehsalı olan döyüş təyyarələrinin Türkiyəyə satışına uzun müddətdir qoyulmuş məhdudiyyətlərin aradan qaldırılmasından xəbər verir.

Almaniya daha əvvəl “Eurofighter”lərin Türkiyəyə satışına qarşı çıxmışdı. Lakin Almaniyadakı siyasi dəyişikliklər və Britaniyanın gərgin diplomatik səyləri nəticəsində Berlinin etirazları aradan qalxmış kimi görünür.

Almaniyadan başqa “Eurofighter” istehsal konsorsiumunun digər tərəfdaşları İtaliya və İspaniya da satışı təsdiqləyiblər.

Ankara döyüş təyyarələrini, eləcə də “Meteor” raketlərini, müasir “hava-hava” raketlərini əhatə edən müqavilə istəyir.

Yunanıstan mətbuatında yer alan xəbərlərə görə, Türkiyənin istəyinə təxminən 400 “Meteor” raketi daxildir. Bu onu göstərir ki, Ankara təkcə döyüş təyyarələri ilə deyil, həm də ən qabaqcıl döyüş sursatları ilə təchiz edilmiş hava qüvvəsi əldə etmək istəyir.

Bununla belə, Fransa layihə ilə bağlı qeyd-şərtlərini davam etdirir. Fransa müdafiə naziri Sebastyan Lekornü “Meteor”un Türkiyəyə satışı ilə bağlı Afinanın həssaslıqlarını nəzərə almaları lazım olduğunu bildirib.

“Meteor” raketlərinin hazırlanmasında Fransanın 12,4 faiz payı olsa da, Almaniya (16%), İtaliya (12%), İspaniya və İsveçin (10%) razılaşmaya müsbət yanaşması Türkiyənin tələblərinin yerinə yetirilmə ehtimalını artırır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Eurofighter-Typhoon  


Bizi "telegram"da izləyin