Tramp ABŞ-nin sanksiya siyasətini yenidən nəzərdən keçirməyi tapşırıb

2025/03/1741803779.jpg
Oxunub: 434     02:38     19 Mart 2025    
"ABŞ Prezidenti Donald Tramp Amerikanın mövcud sanksiya siyasətinin yenidən qiymətləndirilməsini tapşırıb, çünki bu siyasət dolların dünya ehtiyat valyutası kimi rolunu zəiflədir".

Ordu.az xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib.

"Tramp mənə sanksiya rejimini yenidən nəzərdən keçirməyi tapşırdı. Uzun müddət ərzində bizdə mənim "passiv sanksiyalar' adlandırdığım bir yanaşma var idi. Biz hesab edirik ki, bu yanaşma dolların ehtiyat valyutası kimi rolunu zəiflədir, insanlar dollardan imtina edirlər", - deyə nazir "Fox Business" kanalına müsahibəsində bildirib.

"Biz isə maksimum effektiv sanksiyalar rejiminə keçməyi planlaşdırırıq", - Bessent əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   Sanksiya  


Bizi "telegram"da izləyin