Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Vahaqn Hovakimyan ilk mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ümumilikdə 50 komissiya üzvü seçki prosesində iştirak etməyib, onların arasında 2 sədr və 1 katib də olub.
“İki sədr və bir katibin iştirak etməməsi cinayət-hüquqi proseslə bağlıdır. Onlar gecə saxlanılıblar. Həmçinin bir komissiya sədrinin anası gecə vəfat edib. Problem insan amili ilə bağlıdır. Bəzi seçki məntəqələrində texniki nasazlıqlar da olub. Elə hallar yaşanıb ki, cihazın çap etdiyi talonda seçicinin sıra nömrəsi siyahıdakı nömrə ilə üst-üstə düşməyib. Belə hallarda seçiciyə öz adının qarşısında imza atmaq tapşırılıb”, - deyə o bildirib.
Hovakimyan qeyd edib ki, Seçki Məcəlləsi üzvlərin bir qisminin iştirak etmədiyi hallarda belə komissiyalara fəaliyyətini davam etdirməyə imkan verir, zərurət yarandıqda isə yeni üzvlər təyin olunur.
Qeyd edək ki, bu gün Ermənistanda parlament seçkiləri keçirilir. Seçkilərdə 18 siyasi qüvvə (2 blok və 16 partiya) iştirak edir. Səsvermə hüququna malik vətəndaşların sayı 2 milyon 485 min 851 nəfərdir.
Alpər Mövludoğlu
Ordu.az