Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Beş illik müqaviləyə əsasən, HII və subpodratçı “Trident Military Systems LLC” ABŞ HHQ-nin Missiya Taktikaları Təlimatçısına Təlim Sistemi Dəstək Mərkəzinə texniki xidmət göstərəcək.
Bu simulyasiya sistemləri ABŞ Milli Hava Qvardiyası, ABŞ HHQ-nin Ehtiyat Komandanlığı və ABŞ Dəniz Piyadaları Korpusu tərəfindən istifadə olunur.
HII real missiya təlimlərinə imkan verən sintetik və canlı təlim mühitləri yaradaraq, çoxdomenli təlim üçün yüksək dəyərli mühəndislik və texnologiya həlləri təqdim edir.
Sevinc Əliyeva
Ordu.az