Yunanıstan 2036-cı ilə qədər silah tədarükünə 25 milyard avrodan çox vəsait xərcləyəcək

2025/03/1742030899.jpg
Oxunub: 505     16:27     19 Mart 2025    
Yunanıstan qarşıdakı həftələrdə parlamentə təqdim olunacaq 12 illik plan çərçivəsində 2036-cı ilə qədər yeni sualtı qayıqlar, pilotsuz uçuş aparatları, peyklər və döyüş təyyarələri də daxil olmaqla, 25 milyard avrodan çox silah alacaq.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Bu addım Yunanıstanın 2009-18-ci illər arasında qənaət siyasətinə səbəb olan borc böhranından çıxdığı və Türkiyə ilə ayaqlaşmağa çalışdığı üçün silahlı qüvvələrini modernləşdirmək cəhdinin bir hissəsidir.

Yeni plan son islahatlara əsaslanacaq.

Avropa İttifaqı və NATO-nun üzvü olan Yunanıstan hazırda ümumi daxili məhsulunun təxminən 3%-ni müdafiəyə xərcləyir.

Bu göstərici ABŞ ilə 75 illik müttəfiqliyi problemlə üzləşdiyi üçün müdafiəsini gücləndirməklə bağlı təzyiq altında olan Aİ-nin orta göstəricisindən demək olar ki, iki dəfə çoxdur.

Planın hazırlanmasında iştirak edən iki mənbə bu plana 4 yeni sualtı qayığın, yeni hava, dəniz və sualtı insansız platformların, rabitə peykinin alınmasını daxil edəcəyini bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   Müdafiə   Xərc  


Bizi "telegram"da izləyin