“Thales Alenia Space” ESA-nın “Moonlight” proqramı üçün naviqasiya sistemi hazırlayacaq

2025/03/1741944305.jpg
Oxunub: 456     12:11     19 Mart 2025    
“Thales” və Leonardo arasında birgə müəssisə olan “Thales Alenia Space” Avropa Kosmik Agentliyinin (ESA) “Moonlight” proqramı üçün naviqasiya sisteminin dizaynı və inkişafı üçün “Telespazio” ilə müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

“Thales Alenia Space”in baş direktor müavini, müşahidə, kəşfiyyat və naviqasiya üzrə vitse-prezidenti Qiampiero Di Paolo təqdim etdikləri imkanlarla “Moonlight” proqramının əsas hissəsi olmaqdan qürur duyduqlarını ifadə edib.

“Kosmik Alyansın məqsədlərinə uyğun olaraq, “Telespazio” ilə tərəfdaşlığımız Avropa Kosmik Agentliyi üçün tam açar təhvil həllin hazırlanmasına imkan verəcək”, - deyə Paolo bildirib.

Qeyd edək ki, “Moonlight” proqramı Avropanın kosmosun tədqiqində rolunu gücləndirir, qabaqcıl naviqasiya və kommunikasiya texnologiyaları ilə gələcək Ay missiyalarını dəstəkləyir.

Proqram Ay missiyaları üçün dəqiq naviqasiya və yüksək sürətli rabitə xidmətlərini təmin etmək üçün Ayın orbitində peyk bürcünün yaradılmasını hədəfləyir.

Proqram əməliyyat xərclərini azaltmaqla yanaşı, avtonom eniş, səth hərəkətliliyi və Yerlə Ay arasında məlumat ötürülməsini dəstəkləyəcək.

2024-cü il oktyabrən 15-də “Telespazio” sənaye konsorsiumuna rəhbərlik edərək, proqrama nəzarət etmək və inkişaf etdirmək üçün ESA ilə müqavilə imzalayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Thales-Alenia-Space   ESA   Moonlight  


Bizi "telegram"da izləyin