Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, “Sig Sauer MCX” tüfənglərinin “Colt Canada” tərəfindən istehsal olunan hazırkı modelləri əvəz edəcəyi bildirilir.
Terrorla mübarizə də daxil olmaqla, xüsusi əməliyyatlar üçün nəzərdə tutulmuş bu silahlar sahil müdaxilə qruplarında xidmət edən Kral Dəniz Piyadaları tərəfindən istifadə olunacaq.
Bu qruplar bütün dünyada böhrana sürətli reaksiya və xüsusi əməliyyat imkanlarını təmin etmək üçün amfibiya gəmilərini, təyyarələri, nəqliyyat vasitələrini və komandoları birləşdirir.
Kral Dəniz Piyadaları sərt mühitlərə və yüksək riskli missiyalara uyğunluğunu təmin etmək üçün yeni tüfəngləri atış təlimlərində sınaqdan keçiriblər.
Sevinc Əliyeva
Ordu.az