Tayvanın F-16V döyüş təyyarələrinə AIM-120D raketləri inteqrasiya ediləcək

2025/03/1741767610.jpg
Oxunub: 406     10:51     19 Mart 2025    
Tayvan administrasiyası F-16V döyüş təyyarələri və AIM-120D “hava-hava” raketlərinin inteqrasiyası ilə döyüş qabiliyyətini artırmağa hazırlaşır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu inteqrasiya regional gərginliyin artması fonunda Tayvan administrasiyasının hava hücumundan müdafiə və çəkindirmə imkanlarını gücləndirmək məqsədi daşıyır.

Bildirilir ki, AIM-120D raketinin inteqrasiyası Tayvan administrasiyasının müdafiə imkanlarını modernləşdirmək və regionda hava üstünlüyünü saxlamaq üçün daha geniş səylərinə uyğundur.

AMRAAM-ın (Qabaqcıl Orta Mənzilli “Hava-Hava” Raketi) təkmil versiyası olan AIM-120D daha uzun mənzil, təkmilləşdirilmiş hədəfləmə dəqiqliyi və təkmil radioelektron əks tədbirlər təklif edir.

Bu sistem Tayvan administrasiyasının Hərbi Hava Qüvvələrini potensial hava təhlükələrinə qarşı mübarizə aparmaq üçün modernləşdirilmiş silahla təmin etmək məqsədilə vizual mənzildən kənar döyüşlər üçün nəzərdə tutulub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tayvan   F-16V  


Bizi "telegram"da izləyin