Ordu.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlaması zamanı bildirib.
“Mən Vladimir Putinlə danışacam. Dediyim kimi, tanqo üçün iki nəfər lazımdır", - Tramp bildirib.
Tramp həmçinin Rusiyanın Ukraynada atəşkəslə bağlı Ciddədə müzakirə edilən təklifləri qəbul edəcəyinə ümid etdiyini deyib.
"Ümid edək ki, o da razılaşacaq. Mən hesab edirəm ki, bu razılıq işin75%-ni təşkil edəcək, işin qalanını isə razılaşmaları sənəd şəklinə salmaq, ərazi mövqeləri üzrə danışıqlar aparmaq və sair təşkil edir.", - o deyib.
Ordu.az