Tramp: "ABŞ və Rusiya Ukrayna ilə bağlı görüşlər keçirəcək"

2025/03/thumb-1741152036.jpg
Oxunub: 327     00:04     12 Mart 2025    
ABŞ və Rusiya martın 11-12-də Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həllinə dair görüşlər keçirəcək.

Ordu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Söhbət tam atəşkəsdən gedir. Ukrayna buna razılıq verib, ümid edirəm ki, Rusiya da razı olacaq. Biz onlarla (Rusiya - red.) bu gün və sabah görüşməyə hazırlaşırıq. Ümid edirəm ki, razılıq əldə olunacaq. Bu atəşkəs çox vacibdir", - Tramp bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin