Ukrayna İDP-dən atdığı PUA ilə Rusiyanın HHM sistemlərini vurdu - VİDEO

2025/03/1741677478.jpg
Oxunub: 621     18:01     11 Mart 2025    
Ukrayna müharibəsində döyüş meydanlarına bir çox yeniliklər gətirən Pilotsuz Uçuş Aparatı (PUA) sistemlərində yeni ölçü əldə edilib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

İnsansız Dəniz Platforması (İDP) tərəfindən daşınan FPV tipli PUA sistemləri Rusiyanın Hava Hücumundan Müdafiə (HHM) sisteminə hücum edib.

Ukraynanın İDP sistemi Rusiyanın ərazi sularına daxil olub. Sonra çimərliyə yaxınlaşıb və 2 FPV tipli PUA sistemi İDP-dən havaya qalxıb. Sahildə yerləşdirilmiş Rusiya ordusuna məxsus HHM sistemləri FPV tipli PUA sistemləri ilə aşkar edilib.

Daha sonra “Osa-AKM” və “Strela-10” sistemləri FPV tipli PUA-lar ilə vurulub.

Hücum tipli FPV PUA-ları ilə təchiz edilmiş Ukraynanın İDP-ləri ilk dəfə 2024-cü ilin dekabrında Qara dənizdə ruslar tərəfindən ələ keçirilən qaz platformalarına hücum zamanı ictimaiyyətə təqdim edilib.

Hücumla bağlı görüntülər ukraynalılar tərəfindən belə paylaşılıb:


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   İDP   PUA   Rusiya   HHM  


Bizi "telegram"da izləyin