Almaniyanın müdafiə nəhəngi Ukraynadakı bürokratiyadan şikayətlənir

2025/03/1741432774.jpg
Oxunub: 508     16:11     11 Mart 2025    
Almaniyanın müdafiə şirkəti “Rheinmetall”ın baş direktoru Armin Papperger Ukraynadakı bürokratik gecikmələrdən narahatlığını ifadə edərək bildirib ki, yeni istehsal müəssisələri üçün icazənin alınması gözləniləndən daha uzun sürür.

Ordu.az xəbər verir ki, bu barədə “Defence Blog” məlumat yayıb.

“Deutsche Welle”yə verdiyi müsahibədə Papperger diplomatik olaraq qeyd edib ki, Almaniyada istehsal müəssisələrinin qurulması inzibati proseslərin sadələşdirilməsi sayəsində daha sürətlə həyata keçirilib.

“Biz Almaniyada Ukraynadan daha sürətli fabriklər inşa edirik. Çünki Almaniyada bürokratik əngəllər demək olar ki, tamamilə aradan qalxıb. Məsələn, biz bir neçə həftə ərzində F-35 döyüş təyyarəsi üçün hissələri istehsal edən fabrik və Aşağı Saksoniyada Avropanın ən böyük sursat obyekti üçün icazə aldıq. Ukraynada hazırda proses daha ləng gedir”, - deyə o bildirib.

Bu çətinliklərə baxmayaraq, Papperger etiraf edib ki, Ukrayna hakimiyyət orqanları ilə əməkdaşlıqda irəliləyiş əldə olunub.

“Ümumiyyətlə, Ukraynanın Müdafiə Nazirliyi və Sənaye Nazirliyi ilə əməkdaşlıq yaxşı inkişaf edir. Bundan əlavə, Ukrayna prezidenti qərarların qəbulu prosesində fəal iştirak edir və irəliləyişi dəstəkləyir”, - deyə o əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Ukrayna  


Bizi "telegram"da izləyin