KİV: Rekord sayda amerikalı Britaniya vətəndaşlığı üçün müraciət edib

2025/03/1741163857.jpg
Oxunub: 413     12:28     05 Mart 2025    
Ötən il Britaniya vətəndaşlığı almaq üçün müraciət edən ABŞ vətəndaşlarının sayı rekord həddə çatıb.

Ordu.az CNN-ə istinadən xəbər verir ki, bu barədə Krallığın Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.

Nəşr qeyd edib ki, tendensiya Donald Tramp yenidən ABŞ Prezidenti seçildikdən sonra müşahidə olunmağa başlayıb.

2024-cü ildə 6,1 mindən çox ABŞ vətəndaşı Britaniya vətəndaşlığı almaq üçün müraciət etmişdisə, 2023-cü ildə bu rəqəm 5 mindən az olub. Son rübdə isə belə müraciətlərin sayı 1,7 mini ötüb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   ABŞ  


Bizi "telegram"da izləyin