Danimarka XİN başçısı: Qrenlandiyanın öz müqəddəratını təyinetmə hüququna hörmət edirik

2025/03/1741162051.jpg
Oxunub: 413     12:04     05 Mart 2025    
Qrenlandiyanın qərarının nə olacağına dair çox nikbinəm.

Ordu.az xəbər verir ki, bunu Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen Finlandiyanın xarici işlər naziri Elina Valtonen ilə birgə mətbuat konfransında bildirib.

Diplomat bildirib ki, Danimarka Qrenlandiyanın öz müqəddəratını təyinetmə hüququna hörmət edir.

“Biz Şimalda və Arktikada təhlükəsizlik məsələlərinə gəldikdə amerikalı dostlarımızla işləməyə hazırıq”, - Rasmussen vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp ABŞ-nin Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcəyini bildirmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Danimarka   XİN   Qrenlandiya  


Bizi "telegram"da izləyin