Tramp: ABŞ "Qızıl Qübbə" raketdən müdafiə sistemi qurmalıdır

2025/03/1741152193.jpg
Oxunub: 395     07:53     05 Mart 2025    
ABŞ Prezidenti Donald Tramp “gələcəyin ən güclü ordusunu” qurmaq istədiyini açıqlayıb.

“Mən Konqresdən vətənimizi qorumaq üçün ABŞ-də istehsal olunan ən müasir “Qızıl Qübbə” raketdən müdafiə sisteminin maliyyələşdirməsini xahiş edirəm. Ronald Reyqan bunu etmək istəyirdi, amma onda texnologiya sadəcə bu səviyyədə deyildi. İndi bunu edəcək texnologiyamız var”, - deyə, qeyd edib.

Ordu.az-ın xəbərinə görə, ABŞ Prezidenti Konqresdəki çıxışında bu sistemin İsraildə olduğunu da vurğulayıb.

" Bizdə bu sistem olmalıdır. Çünki biz qorunmaq istəyirik. Biz müdafiə sənayesi bazamızı gücləndirib, vətəndaşlarımızı heç vaxt olmadığı qədər qoruyacağıq. Biz, həmçinin, Amerika gəmiqayırma sənayesini, o cümlədən kommersiya gəmiqayırma və hərbi gəmiqayırma sənayesini dirçəltmək niyyətindəyik”, - deyə Tramp əlavə edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Qızıl-Qübbə  


Bizi "telegram"da izləyin