Çin Tayvan məsələsində xarici qüvvələrin müdaxiləsinə müqavimət göstərmək niyyətindədir

2025/03/1741151790.jpg
Oxunub: 340     05:52     05 Mart 2025    
Pekin Tayvan məsələsinə xarici qüvvələrin müdaxiləsinin qarşısını almağı planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə Çin hökumətinin 14-cü Ümumçin Xalq Nümayəndələri Konqresinin 3-cü sessiyasının açılışında yayılan hesabatında deyilir.

“Biz Kommunist Partiyasının yeni dövrdə Tayvan probleminin həlli ilə bağlı ümumi strategiyasına sadiq olmalıyıq. Biz “Tayvanın müstəqilliyi” tərəfdarlarının separatçı hərəkətlərinə qəti şəkildə qarşıyıq. Biz xarici qüvvələrin müdaxiləsinə qəti şəkildə qarşı çıxacağıq və Tayvan boğazının iki sahili arasında münasibətlərin sülh yolu ilə inkişafına kömək edəcəyik”, - hesabatda deyilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Tayvan  


Bizi "telegram"da izləyin