ABŞ-Çin ticarət müharibəsi: Pekin Amerika mallarına yeni rüsumlar elan edib

2025/03/Donal-1741103326.jpg
Oxunub: 490     19:44     04 Mart 2025    
Çin ABŞ prezidenti Donald Trampın tarif siyasətinə cavab olaraq martın 10-dan etibarən Amerika kənd təsərrüfatı mallarına 10-15% həcmində əlavə rüsum tətbiq edəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Çinin Kommersiya nazirliyi məlumat yayıb.

Məlumata görə, əlavə 15 faizlik rüsumlar ABŞ-dən idxal olunan toyuğa, buğdaya, qarğıdalıya və pambığa tətbiq olunacaq. Kalış (dənli bitki-red), soya, donuz əti, mal əti, dəniz məhsulları, meyvə-tərəvəz və süd məhsullarına isə 10 faiz civarında rüsum tətbiq olunacaq.

Çin eyni zamanda, ABŞ-nin 15 şirkətinə qədər məhdudlaşdırıcı ölçülər tətbiq edib.

İddiaya görə, sanksiya siyahısına düşmüş 15 subyekt Çinin milli təhlükəsizliyinə və maraqlarına təhdid yaradır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Çin  


Bizi "telegram"da izləyin