Ərdoğan Yunanıstanın Baş naziri ilə dostluq və müttəfiqlik münasibətlərini müzakirə edib

2025/03/1741103212.jpg
Oxunub: 529     19:34     04 Mart 2025    
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Baş naziri Kiriakos Miçotakisə zəng edib.

Ordu.az xəbər verir ki, liderlər Türkiyə ilə Yunanıstan arasında mehriban qonşuluq, dostluq və müttəfiqlik münasibətləri əsasında əməkdaşlığı daha da inkişaf etdirmək üçün birgə çalışmaq əzmində olduqlarını vurğulayıblar.

Telefon danışığı zamanı Ərdoğan Yunanıstanın Baş nazirini doğum günü münasibətilə təbrik edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Miçotakis  


Bizi "telegram"da izləyin