İranda su idarəsinə silahlı hücum olub, iki məmur öldürülüb

2025/03/D658D-1741100679.jpg
Oxunub: 471     18:23     04 Mart 2025    
İranın cənubunda yerləşən Xuzistan əyalətinin Çamran şəhərində su təchizatı və kanalizasiya idarəsinə silahlı hücum nəticəsində iki nəfər ölüb.

Ordu.az xəbər verir ki, məlumatı İSNA yayıb.

Bildirilib ki, öldürülənlərdən biri təhlükəsizlik xidmətinin, o biri isə qurumun hüquq bölməsinin rəisidir.

Məlumata görə, hücum edənlərin kimliyi bilinmir.

Araşdırma aparılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Hücum  


Bizi "telegram"da izləyin