ASELSAN ilə Türkiyə Müdafiə Sənayesi Komitəsi (MSK) arasında yeni nəsil Radioelektron Mübarizə (REM) sistemlərinin tədarükü üçün 54 milyon dollarlıq müqavilə imzalanıb.
Ordu.az xəbər verir ki, bu barədə ASELSAN-ın İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) verdiyi açıqlamada bildirilib.
“ASELSAN ilə Türkiyə MSK arasında yeni nəsil REM sistemlərinin tədarükü üçün 54 milyon dollarlıq müqavilə imzalanıb. Müqavilə üzrə tədarüklər 2028-ci ildə həyata keçiriləcək”, - deyə açıqlamada qeyd edilib.
Sevinc Əliyeva
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
ASELSAN
Türkiyə
REM