Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Türkiyənin ilk silahlı İnsansız Dəniz Platforması (İDP) ULAQ-ın yeni modelləri “ULAQ 12 ASuW” Suüstü Döyüş Qayığı və ULAQ KAMA Sərf Edilə Bilən İDP-si bu il “Mavi Vətən”in (Türkiyədəki dənizlər) qorunmasında istifadə ediləcək.
Antalya Sərbəst Bölgəsində “ARES Tersanesi” və “METEKSAN Savunma” tərəfindən inkişaf etdirilən silahlı İDP ULAQ-ın yeni modelləri üzə çıxır.
Layihə çərçivəsində sualtı qayıqlara qarşı döyüş üçün istehsal edilən, 12,7 mm-lik uzaqdan idarə olunan silah stansiyasına və ROKETSAN-ın lazerlə idarə olunan raketləri buraxa bilən Taktik Raket İdarəetmə Sisteminə malik olan “ULAQ 12 ASuW” qayığı tamamlanıb.
İlk sınaqlarını uğurla başa vuran 12 metrlik qayıq ikinci sınaq işlərinin sonunda ilin birinci rübündə Türkiyə HDQ-yə təhvil veriləcək.
Sevinc Əliyeva
Ordu.az