“Saab” TAURUS KEPD 350 qanadlı raketləri üçün 159 milyon dollarlıq razılaşma əldə edib

2025/03/1741068442.jpg
Oxunub: 461     12:29     05 Mart 2025    
İsveçin aviasiya və müdafiə şirkəti “Saab” TAURUS KEPD 350 qanadlı raketlərinin saxlanılması və modernləşdirilməsi üçün təxminən 159 milyon dollar dəyərində müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, 2025-2035-ci illəri əhatə edən saziş kompleks sistem təkmilləşdirmələri və həyat dövrünə texniki qulluq vasitəsilə Almaniya Hərbi Hava Qüvvələrinin raket inventarının imkanlarını artırmaq məqsədi daşıyır.

Sifariş Almaniyanın Müdafiə Tədarük Ofisi tərəfindən “MBDA Almaniya” və “Saab” arasında birgə təşəbbüs olan “TAURUS Systems” şirkətinə verilib. Şirkət, həmçinin Skandinaviya müdafiə nəhəngi ilə müqavilə imzalayıb.

Qeyd edək ki, havadan atılan qanadlı raket olan və yerdəki statik hədəfləri zərərsizləşdirmək üçün nəzərdə tutulan TAURUS KEPD 350 500 km-dən çox mənzilə malikdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Saab   TAURUS-KEPD-350  


Bizi "telegram"da izləyin