“Kemankeş 1” qanadlı raketinin yeni atış sınaq kampaniyası uğurla başa çatıb

2025/03/1741068075.jpg
Oxunub: 538     20:50     04 Mart 2025    
“Kemankeş 1” qanadlı raketinin yeni atış sınaq kampaniyası uğurla başa çatıb.

Ordu.az xəbər verir ki, inkişafı “Baykar” İdarə Heyətinin sədri Selçuk Bayraktar açıqlayıb.

Dünyanın ən böyük pilotsuz uçuş aparatı istehsalçısı olan “Baykar” qanadlı raket sahəsində də işlərini davam etdirir. “Baykar” şirkəti “Kemankeş 1” Mini Ağıllı Qanadlı Raketinin yeni atış sınağını həyata keçirib. Uğurlu sınaq sonunda “Kemankeş 1” raketi uçuşunu paraşütlə başa vurub.

Strateji hədəflərə qarşı istifadə üçün nəzərdə tutulmuş “Kemankeş 1” bir saat havada qala bilir. Süni Zəkaya (SZ) əsaslanan və reaktiv mühərrikə sahib olan raket yüksək sürətlə hərəkət edərək, düşmən xəttinin arxasındakı riskli hədəflərə təsirli şəkildə çata bilir.

“Kemankeş 1” SZ ilə dəstəklənən avtopilot sistemi sayəsində avtonom uçuş həyata keçirə bilir. Optik yönləndirmə sistemi ilə hədəfini tanıya bilən raket çətin hava şəraitində belə tam dəqiqliklə zərbə endirmə qabiliyyətinə malikdir. Bundan əlavə, gecə-gündüz işləyə bilən sistem “Anti-jamming” texnologiyası sayəsində radioelektron müdaxilələrdən təsirlənmir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kemankeş-1   Baykar  


Bizi "telegram"da izləyin