Böyük Britaniya ABŞ ilə əlaqələri gücləndirməlidir - Baş nazir

2025/03/downl-1741067049.jpg
Oxunub: 922     02:38     04 Mart 2025    
Böyük Britaniya ABŞ ilə əlaqələri gücləndirməlidir.

Ordu.az-ın məlumatına görə, bu barədə Baş nazir Kir Starmer bildirib.

"Mən aydın şəkildə demək istəyirəm: təhlükəsizliyimiz, texnologiyamız, ticarətimiz və investisiyalarımız üçün ABŞ ilə əlaqələri gücləndirməliyik", - deyə o bildirib.

K.Starmer Londonun heç vaxt Atlantik okeanının bu və ya digər tərəfi arasında seçim etməyəcəyini qeyd edərək, bu əlaqələri əvəzolunmaz adlandırıb.

Eyni zamanda Böyük Britaniyanın baş naziri bəyan edib ki, o, ABŞ prezidenti Donald Trampın Ukraynadakı münaqişəni dayandırmaq üçün səmimi istəyinə inanır. O, Britaniya parlamentinin üzvlərinə deyib: “Burada heç kim buna bir an belə şübhə etməməlidir”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   ABŞ  


Bizi "telegram"da izləyin