Çin maraqlarını qorumaq üçün ABŞ-yə qarşı cavab tədbirləri görəcək

2025/03/1741066372.jpg
Oxunub: 367     07:26     04 Mart 2025    
Çin ABŞ-nin öz mallarına rüsumları artırmasına cavab olaraq hüquq və maraqlarını qorumaq üçün əks tədbirlər görəcək.

Ordu.az-ın xəbərinə görə, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyinin məlumatında deyilir.

"Çin kəskin narazılığını və qəti etirazını bildirir, hüquq və maraqlarını qətiyyətlə qorumaq üçün cavab tədbirləri görəcək", - nazirlik vurğulayıb.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Pekinin sintetik opioid fentanilin ABŞ-yə qaçaqmalçılıq yolu ilə gətirilməsi ilə mübarizə üçün kifayət qədər tədbirlər görmədiyinə görə Çin idxalına rüsumların 10 %-dən 20 %-ə yüksəldilməsi haqqında sərəncam imzalayıb. Eyni zamanda, Ağ Evin sahibi Çinin qadağanedici gömrük rüsumlarının tətbiqinə radikal reaksiya verməyəcəyi barədə fikir bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Çin  


Bizi "telegram"da izləyin