PUA hücumu Rostov vilayətində neft kəmərində yanğına səbəb olub

2025/03/1741064842.jpg
Oxunub: 427     23:52     03 Mart 2025    
Rusiyanın Rostov vilayətinin Çertkovski rayonunda neft kəmərində güclü PUA hücumu nəticəsində yanğın baş verib.

Ordu.az xəbər verir ki, bu haqda vilayətin qubernatorunun səlahiyyətlərini icra edən Yuri Slyusar məlumat verib.

O bildirib ki, ilkin məlumatlara görə, itki yoxdur və şəxsi heyət təxliyə edilib.

"Çertkovski rayonunda kütləvi PUA hücumu nəticəsində neft kəmərində yanğın baş verib. Hadisə yerinə fövqəladə hallar nazirliyinin əməkdaşları cəlb olunub. Şəxsi heyət təxliyə edilib. Hələlik itki yoxdur. Məlumat dəqiqləşdirilir", - Slyusar “Telegram” kanalında yazıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Rostov   PUA   Hücum  


Bizi "telegram"da izləyin