Türkiyənin milli müdafiə naziri terrorçulara xəbərdarlıq edib

2024/10/1729758357.jpg
Oxunub: 418     23:05     03 Mart 2025    
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər PKK terrorçularına xəbərdarlıq edib.

Ordu.az xəbər verir ki, o, bu barədə şəhid ailələri və qazilərlə iftar proqramında çıxışı zamanı deyib.

O xatırladıb ki, fevralın 27-də yayılan bəyanatla terror təşkilatları silahı buraxmaq və özlərini ləğv etməklə bağlı təlimat alıb: “Həmin müraciəti diqqətlə araşdırırıq. Mətndə olmayan bəzi məqamlar, o cümlədən atəşkəslə bağlı iddialar gündəmə gətirilir, ictimai rəy çaşdırmağa cəhd edilməməlidir. Bunu açıq şəkildə deyirəm: təxribata icazə verilməyəcək, təmkinli, ağıllı mövqe ortaya qoyulacaq”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   MN   PKK  


Bizi "telegram"da izləyin