Türkiyə XİN: İsrail Qəzzadakı atəşkəsin davamlılığının təmin olunmasının qarşısını alır

2024/10/1730188236.jpg
Oxunub: 388     19:19     03 Mart 2025    
İsrail Qəzzadakı atəşkəsin davamlılığının təmin olunmasının qarşısını alır.

Ordu.az “CNN Türk”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin İsrailin Qəzza zolağına humanitar yardımı dayandırmasına dair yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, rəsmi Ankara İsrailin bu qərarını qınayır: “Bu, beynəlxalq hüququn pozulmasıdır. Qəzzaya humanitar yardımın ən qısa zamanda çatdırılmasını təmin etmək üçün beynəlxalq ictimaiyyət hərəkətə keçməli və İsrail öhdəliklərini yerinə yetirməlidir”.

Xatırladaq ki, İsrail martın 2-ə Qəzza zolağına humanitar yardımı dayandırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   XİN  


Bizi "telegram"da izləyin