“CTech” GOVSATCOM Konfransında diqqət mərkəzində olub

2025/03/1740992613.jpg
Oxunub: 502     17:22     04 Mart 2025    
“CTech” şirkəti GOVSATCOM Konfransında “Gold Sponsor” qismində iştirak edib və həlləri ilə diqqəti cəlb edib.

Ordu.az xəbər verir ki, Lüksemburqda keçirilmiş 8-ci GOVSATCOM Konfransı kosmos və müdafiə sektorunda innovativ həlləri bir araya gətirib.

Tədbir zamanı bir çox iştirakçılar “CTech”i NATO-nun EPMS layihəsindəki uğuruna görə təbrik ediblər. Sektorda fəaliyyət göstərən şirkətlər və peşəkarlar “CTech” stendinə böyük maraq göstəriblər.

Beynəlxalq arenada yeni əməkdaşlıqların inkişaf etdirilməsi və brend şüurunun artırılması üçün strateji platforma olan konfransda “CTech”in “SatCom” həlləri və innovativ, inteqrasiya olunmuş kommunikasiya texnologiyası olan SCOFUS ziyarətçilərin diqqətini çəkən mühüm həllər arasında yer alıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: CTech   GOVSATCOM   Lüksemburq  


Bizi "telegram"da izləyin