Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Əvvəllər atışlarda KAMAZ maşınlarından istifadə olunurdu.
ROKETSAN tərəfindən hazırlanan “Atmaca UM” (Kara Atmaca) raketi atış sınaq fəaliyyətində ən uzun mənzilli və ən uzun müddətli uçuşunu yerinə yetirərək, öz rekordunu yeniləyib.
Görüntülər ROKETSAN tərəfindən paylaşılıb.
“Kara Atmaca” üçün Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün bu yaxınlarda 400 kilometr məsafədəki hədəfin uğurla vurulduğunu açıqlayıb.
Milli imkanlarla hazırlanan “Kara Atmaca” “Yer-Yer” Qanadlı Raketi avqust ayında həyata keçirilən “uzun mənzil atışlı sınaq fəaliyyəti” zamanı rekord müddətə uçaraq, hədəfini vurub.
Görgün yerli istehsal olan KTJ-3700 mühərrikindən istifadə edərkən, “Kara Atmaca”nın bu uçuşda 400 kilometr mənzilə çatdığını açıqlayıb. Son atışın 400 kilometri keçdiyi təxmin edilir.
Sevinc Əliyeva
Ordu.az