RABDAN 8×8 zirehli xilasetmə vasitəsi təqdim edilib

2025/03/1740989179.jpg
Oxunub: 395     15:05     04 Mart 2025    
Üstün hərəkətlilik və mühafizə imkanlarına xilasetmə və texniki-təmir avadanlıqları əlavə edilərək, “İsveçrə bıçağı”na çevrilən RABDAN 8x8 zirehli xilasedici vasitə kimi xidmətə hazır vəziyyətə gətirilib.

Ordu.az xəbər verir ki, “EDGE Group” və “Otokar”ın birgə təşəbbüsü olan “Al Jasoor” Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə keçirilmiş IDEX Beynəlxalq Müdafiə Sənayesi Sərgi və Konfransında (IDEX 2025) ilk dəfə RABDAN 8x8 zirehli xilasetmə vasitəsini nümayiş etdirib.

“Otokar”ın Hərbi Avtomobillər Departamentinin biznesin inkişafı direktoru Tamer Sırcalı bildirib ki, “Otokar” təxminən 40 ölkədə və 5 qitədə istifadə edilən 30 mindən çox hərbi vasitə istehsal edib və xidmət göstərməyə davam edir.

Uzun illərdir Körfəz bölgəsində 4×4, 6×6 və 8×8 avtomobillərlə fərqli həll yolları təklif etdiklərini açıqlayan Sırcalı 10 ildir BƏƏ-də fəaliyyət göstərdiklərini deyib.

Sırcalı 2017-ci ildə imzaladıqları müqavilə çərçivəsində RABDAN layihəsi ilə çoxlu sayda 8x8 avtomobil təhvil verdiklərini ifadə edərək, bu vasitələrə dəstəyinin davam etdiyini qeyd edib.

İstifadəçilərin vasitələrdən məmnun olduğuna diqqət çəkən Sırcalı inventara çox güclü 8x8 vasitə əlavə etdiklərini vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: RABDAN   IDEX-2025  


Bizi "telegram"da izləyin