Türkiyə Sahil Mühafizəsi 3 “Gökbey” helikopteri alacaq

2025/03/1740989123.jpg
Oxunub: 487     15:44     04 Mart 2025    
Türkiyə Sahil Mühafizəsi 2026-cı ilin iyul və sentyabr aylarında 3 “Gökbey” helikopteri alacaq.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Bundan əlavə, gələcəkdə daha 6 helikopter inventara əlavə ediləcək.

Komandanlığın dərc etdiyi hesabatda çatdırılma qrafiki və gələcək əlavə ayırmalar haqqında məlumat verilib.

Türkiyə Sahil Mühafizə Komandanlığı “Gökbey” helikopterlərinin satınalma prosesi ilə bağlı aşağıdakı açıqlamanı verib:

“Komandanlığımıza 3 “Gökbey” helikopterinin tədarükü layihəsi çərçivəsində 2 helikopterin 2026-cı ilin iyulunda, 1 helikopterin isə 2026-cı ilin sentyabrında təhvil verilməsi planlaşdırılır. Bundan əlavə, növbəti dövrlərdə istehsal olunacaq 57 helikopterdən daha 6-nın komandanlığımıza ayrılması qərara alınıb”.

Qeyd edək ki, tamamilə yerli və milli resurslarla istehsal edilən “Gökbey” helikopteri axtarış-xilasetmə, sağlamlıq və ümumi təyinatlı missiyalarda istifadə üçün xüsusi olaraq hazırlanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Sahil-Mühafizə   Gökbey  


Bizi "telegram"da izləyin