Ordu.az Qazaxıstan Baş Prokurorluğun mətbuat xidmətinə istinadən məlumat yayıb.
“Ötən ilin oktyabrında Jambil vilayətindən olan bir şəxs “Telegram”da “İslam uğrunda” adlı səhifə açıb və orada “Müsəlman qardaşları” və “Özbəkistan - İslam hərəkatı” beynəlxalq terror təşkilatlarının videolarını qeyri-qanuni şəkildə yayıb.
Dekabr ayında Türküstan bölgəsindən olan bir nəfər isə “WhatsApp” və “Facebook” vasitəsilə “Hizb ut-Təhrir” dini-ekstremist təşkilatının materiallarını dəfələrlə yayıb.
Dövlət ittihamçısı müttəhimlərin təqsirini sübuta yetirib və onlara həbs cəzası istəyib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslər 7 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökm qanuni qüvvəyə minib.
Ordu.az