"Firefly Aerospace" şirkətinin "Blue Ghost" kosmik gəmisi Aya eniş edib

2025/03/1740979973.jpg
Oxunub: 386     09:41     03 Mart 2025    
ABŞ-nin "Firefly Aerospace" şirkətinin "Blue Ghost" kosmik gəmisi Aya eniş edib.

Ordu.az xəbər verir ki, bu barədə NASA "X" sosial şəbəkəsində məlumat yayıb.

Modulun iki həftə ərzində aktiv şəkildə işləyəcəyi qeyd olunur. Aya eniş aparatı, yanvarın 15-də "SpaceX"-in "Falcon 9" raketi vasitəsilə buraxılıb.

Onun göyərtəsində NASA-nın tədqiqat avadanlığı və aləti yerləşdirilib ki, bu da Ay haqqında bilikləri artırmağa və gələcək missiyalara hazırlıq üçün istifadə ediləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Firefly-Aerospace   Blue-Ghost  


Bizi "telegram"da izləyin