İranın vitse-prezidenti Zərif istefa verib

2021/01/cavad-1611050795.jpg
Oxunub: 379     00:30     03 Mart 2025    
İranın strateji məsələləri üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif, iqtisadiyyat və maliyyə naziri Əbdülnasir Hemmatinin impiçment elan edilməsindən sonra istefa verib.

Ordu.az xəbər verir ki, bu barədə “Fars” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, vitse-prezident istefasını İran Məclisinin (birpalatalı parlament) iclasından sonra təqdim edib. Həmin iclasda Hemmati vəzifəsindən kənarlaşdırılmışdı.

Qeyd olunub ki, prezident Məsud Pezeşkiaan hələ Zərifin istefa ərizəsini qəbul etməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Zərif   İstefa  


Bizi "telegram"da izləyin