Azərbaycan səfiri İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun başçısı ilə ikitərəfli əlaqələri müzakirə edib - FOTO

2025/03/22-1740944041.jpg
Oxunub: 542     23:32     02 Mart 2025    
Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İran – Azərbaycan parlamentlərarası dostluq qrupunun başçısı Südeyf Bədri ilə ikitərəfli əlaqələri müzakirə edib.

Ordu.az xəbər verir ki, bu barədə Tehrandakı diplomatik missiyanın sosial şəbəkə hesabında bildirilib.

“Azərbaycan Res. İran İR-dəki səfiri Ə.Əlizadə İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Südeyf Bədri və qrupun üzvləri ilə görüşüb, ikitərəfli əlaqələrə və dostluq qrupları arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da artırılmasına dair fikir mübadiləsi aparıb”, – səfirliyin mətbuat xidməti qeyd edib.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   İran  


Bizi "telegram"da izləyin