Almaniya XİN Ukraynaya təcili olaraq daha 3 milyard avro ayrılmağa çağırıb

2025/03/1740853281.jpg
Oxunub: 539     22:18     01 Mart 2025    
Volodimir Zelenskinin Ağ Evə səfəri zamanı yaranan qalmaqaldan sonra Almaniyanın xarici işlər naziri Annalena Berbok Avropada təhlükəsizliyi gücləndirmək üçün sürətli siyasi cavab tədbirləri görməyə və Bundestaqı (Almaniya parlamenti) Ukraynaya 3 milyard avro məbləğində əlavə yardımın qarşısını almağa çağırıb.

Ordu.az-ın məlumatına görə, bu barədə A.Berbok jurnalistlərə bildirib.

"Biz Avropa və milli səviyyədə sürətli şəkildə hərəkət etməliyik", - deyə o qeyd edib.

"Yeni Almaniya hökumətinin formalaşmasını gözləyə bilmərik, çünki vəziyyət ciddidir. Almaniya bu tarixi məqamda liderliyi öz üzərinə götürməlidir", - deyə o bildirib.

Onun sözlərinə görə, bu, keçid dövrünün həftələrində indiki və gələcək Almaniya hökumətləri arasında sıx əməkdaşlıq şəraitində bütün demokratik partiyalar tərəfindən edilməlidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Ukrayna  


Bizi "telegram"da izləyin