Vaxt oyunu: Sülh danışıqlarının pərdəarxası reallıqları

2025/02/33-1740731358.jpg
Oxunub: 1296     14:24     28 Fevral 2025    
“Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin iki bəndi üzrə razılaşma əldə edilməyib”. Bunu Ermənistan parlamentində jurnalistlərlə brifinqdə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. O, eyni zamanda açıqlayıb ki, Ermənistan bir neçə gün əvvəl Azərbaycanın növbəti təkliflər paketini - müqaviləyə 12-ci düzəlişi alıb və ona öyrəndikdən sonra cavab verəcəklər.

Əgər müqavilənin razılaşdırılmamış iki bəndi üzrə fikir ayrılığı qalırsa, Ermənistan nəyi öyrənəcək? Paşinyanın cavabından belə təəssürat yaranmırmı ki, söhbət, necə deyərlər, mətnlərin mübadiləsi başqa məsələ haqqındadır, razılaşdırılmamış bəndlər haqqında deyil? Paşinyanın bu təəssüratlarından belə bir şeyin mümkün olma ehtimalı çoxdur. Ermənistanın baş naziri Azərbaycandan paketi aldıqdan günlər sonra deyir ki, fikir ayrılıqları qalır, eyni zamanda alınanı öyrənmək və cavab vermək barədə danışır.

Məgər bu iki bəndlə bağlı o qədər böyük diapazon mövcuddur ki, fikir ayrılığı olsa da, öyrənmək üçün böyük sahə var? Ermənistan XİN və Paşinyan da daha öncə bildirib ki, razılaşdırılmamış bəndlər sərhəddə üçüncü qüvvələrin olması məsələsinə və beynəlxalq məhkəmələrdə hüquqi iddialardan imtinaya aiddir.

Lakin əgər rəsmi Bakının dəfələrlə səsləndirdiyi bəyanatları ümumiləşdirsək, söhbətin iki bənd üzrə fikir ayrılığından deyil, daha çox sayda şərtlərdən getdiyini görərik. Azərbaycan haqlı olaraq sülh müqaviləsinin imzalanmasına bu və ya digər maneələrdən danışır, Ermənistan Konstitusiyasından tutmuş ATƏT-in Minsk qrupunun ləğvinə qədər bir sıra vacib məsələlərin tənzimlənməli olduğunu vurğulayır. Bu baxımdan şübhəsizdir ki, Ermənistan hər hansı müqavilənin imzalanmasını istəmir, çünki yenidən işğal etmək üçün geosiyasi fürsət gözləyir.

Nəticə etibarilə İrəvanın vaxt qazanmağı və yuxarıda qeyd olunanların beynəlxalq hadisələr nəticəsində formalaşacağını, əsas geosiyasi qütblər arasında qarşıdurma dərəcəsinin artacağını və onların münasibətlərinin toqquşma rejiminə keçəcəyini gözləyir. Əsas məsələ odur ki, bu prosesdə Azərbaycan sülhlə bağlı tələblərini ardıcıl şəkildə artırır, Ermənistan isə vaxt qazanmağa çalışır. Yumşaq desək, bu strategiya, hətta beynəlxalq vəziyyətin daha da ağırlaşacağı təqdirdə belə, Ermənistan üçün əlverişli başlanğıc nöqtəsi olmayacaq. Çünki Azərbaycan sülhə hazır olduğu qədər, müharibəyə də hazırdır.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Sülh   Ermənistan   Müharibə  


Bizi "telegram"da izləyin