Polşa və Slovakiya sursat sahəsində əməkdaşlığa başlayır

2025/02/1740727374.jpg
Oxunub: 552     15:41     03 Mart 2025    
Polşa və Slovakiya sursatların birgə istehsalı, zirehli vasitə, tank və hava hücumundan müdafiə silahlarının tədarükü sahəsində əməkdaşlıq haqqında niyyət məktubu imzalayıblar.

Ordu.az “Defense News”a istinadən xəbər verir ki, Polşanın Baş nazirinin müavini və müdafiə naziri Vladislav Kosiniyak-Kamış və onun slovakiyalı həmkarı Robert Kalinyak Varşavada görüş zamanı bu barədə saziş imzalayıblar.

Sənədə daxil edilmiş birinci təşəbbüs çərçivəsində Polşa Slovakiyanın 155 mm-lik artilleriya mərmilərinin istehsalı üzrə “nou-hau” və texnologiyasından faydalanacaq.

Varşava 2024-cü ilin sonunda ölkənin sursat istehsal gücünü artırmaq üçün yerli və xarici oyunçuların investisiyalarını dəstəkləmək məqsədilə təxminən 3 milyard PLN (759 milyon dollar) dəyərində yeni bir fond yaratmağa qərar verib.

İkinci layihə Finlandiyanın “Patria” şirkətinin lisenziyası əsasında Polşa dövlət müdafiə qrupu PGZ tərəfindən istehsal olunan səkkiz təkərli “Rosomak” əsasında zirehli döyüş vasitəsinin birgə istehsalına aiddir.

Nəzərdə tutulan yeni vasitə Slovakiyanın EVPÚ şirkəti tərəfindən inkişaf etdirilən “Turra 30” uzaqdan idarə olunan qülləsi ilə təchiz ediləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   Slovakiya  


Bizi "telegram"da izləyin