Norveç və Danimarka müdafiə sahəsində əməkdaşlığı artırmağı planlaşdırır

2025/02/1740727281.jpg
Oxunub: 446     15:20     03 Mart 2025    
NATO-nun iki Skandinaviya üzvü yaydıqları birgə bəyanatda müdafiə sahəsində əməkdaşlıqlarını artırmağı planlaşdırdıqlarını bildiriblər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, iki ölkə bu addımın Skandinaviya əməkdaşlığı və NATO çərçivəsində atılacağını, məqsədlərinin may ayında konkret təkliflər təqdim etmək olduğunu bildirib.

“Müvafiq müdafiə sektorlarımızı dəstəkləmək məqsədilə daha güclü sənaye əlaqələri üçün imkanların araşdırılması və Ukrayna ilə bağlı öhdəliyimizin davam etdirilməsi diqqət mərkəzində saxlanılmalıdır.

Biz silahlı qüvvələrimiz arasında bütün sahələrdə əməkdaşlığı necə gücləndirə biləcəyimizi, şimaldakı və Şimali Atlantikadakı strateji əməkdaşlığımızı necə inkişaf etdirə biləcəyimizi nəzərdən keçirəcəyik”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp NATO üzvlərindən daha çox müdafiə xərcləri tələb etməyə başlayandan bəri Avropa liderləri müdafiə xərclərini artırmaq variantlarını müzakirə edirlər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Norveç   Danimarka  


Bizi "telegram"da izləyin