Trampın müşaviri Kanadanı sərhəd xəttinin yenidən nəzərdən keçirilməsini müzakirə etməyə çağırır

2025/02/1740595084.jpg
Oxunub: 399     13:46     27 Fevral 2025    
ABŞ Prezidenti Donald Trampın ticarət və sənaye məsələləri üzrə müşaviri Piter Navarro ölkə rəsmilərini kanadalı həmkarları ilə ölkələr arasında sərhədin yenidən nəzərdən keçirilməsi məsələsini müzakirə etməyə çağırıb.

Ordu.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Telegraph” nəşri mənbəyə istinadən məlumat yayıb.

"Navarro Kanada-ABŞ sərhədinin yenidən nəzərdən keçirilməsini tövsiyə edib. Kanadalılar öz adamlarına ticarət nümayəndəsi və ticarət naziri postlarına Ceymison Qrir və Hovard Latnikin namizədliyi Senat tərəfindən təsdiqlənənə və onlar vəzifələrinin icrasına başlayana qədər ABŞ hökuməti ilə danışıqları dayandırmağı tapşırıblar", - mənbə bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   Kanada  


Bizi "telegram"da izləyin