Yunanıstan “ESSM Block 2” raketləri üçün əsas radioelektron komponentləri istehsal edəcək

2025/02/1740634603.jpg
Oxunub: 484     11:12     03 Mart 2025    
Yunanıstanda yerləşən “Intracom Defense” (IDE) şirkəti “Evolved Sea Sparrow Missile (ESSM) Block 2” raketləri üçün əsas radioelektron komponentlərin istehsalı ilə bağlı 39 milyon dollarlıq müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, müqaviə çərçivəsində IDE ABŞ-də yerləşən “Raytheon” tərəfindən inkişaf etdirilən “ESSM Block 2” raketləri üçün əsas radioelektron komponentləri istehsal edəcək.

Bu kontekstdə şirkət istehsal üçün 39,95 milyon dollar dəyərində yeni müqavilə imzalandığını açıqlayıb.

Müqavilə çərçivəsində raketin idarəetmə hissəsinin radioelektron bölmələri istehsal olunacaq. Müqavilə növbəti 3 il üçün proqramın ehtiyaclarını qarşılamağı hədəfləyir.

ESSM raketi ABŞ Hərbi Dəniz Qüvvələrinin inventarında olan aviadaşıyıcı gəmilər və böyük amfibiya gəmilərinin əsas özünümüdafiə vasitəsidir. O, həmçinin təbəqəli ərazi müdafiə şəbəkəsinin mühüm komponentidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   ESSM-Block-2  


Bizi "telegram"da izləyin