İsveç və İrlandiya Ukraynaya HHM sistemləri bağışlayıblar

2025/02/1740633876.jpg
Oxunub: 466     15:30     27 Fevral 2025    
İsveç və İrlandiya ABŞ-nin hərbi dəstəyinin gələcəyi ilə bağlı qeyri-müəyyənlik fonunda Ukraynaya Hava Hücumundan Müdafiə (HHM) sistemləri bağışladıqlarını açıqlayıblar.

Ordu.az xəbər verir ki, İsveçin müdafiə paketinə 1,2 milyard İsveç kronu (təxminən 113 milyon dollar) dəyərində RBS 70 NG və “Tridon Mk2” HHM sistemləri daxildir.

RBS 70 və ya “Robot 70” “Saab Bofors Dynamics” tərəfindən istehsal edilən insan tərəfindən daşına bilən HHM sistemidir.

Mənzili 9 kilometrə, hündürlüyü isə 5000 metrə qədər çata bilər.

“Tridon Mk2” isə “Bofors”un 40 mm-lik topuna əsaslanan mobil HHM sistemidir. O, müxtəlif platformalarda quraşdırıla bilər və 12 kilometr effektiv mənzilə malikdir.

Ötən ay İsveç Ukraynaya 1,2 milyard dollar dəyərində ən böyük müdafiə dəstəyi paketini açıqlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsveç   İrlandiya   Ukrayna   HHM  


Bizi "telegram"da izləyin