Türkiyənin yeni PUA-ları missiyaya hazırlaşır

2025/02/1740461524.jpg
Oxunub: 635     17:47     03 Mart 2025    
Türkiyə müdafiə sənayesi daxilində inkişaf etdirilən, fərqli qabiliyyətlərə malik olan yeni Pilotsuz Uçuş Aparatları (PUA) 2025-ci ildə ölkədə fəaliyyətə başlamağa hazırlaşır.

Ordu.az xəbər verir ki, “Altınay Savunma Teknolojileri” baş direktoru Burak Mercan verdiyi açıqlamada ağıllı batareya sistemlərindəki müsbət irəliləyişlərlə eyni vaxtda 2011-ci ildə PUA-larla bağlı innovativ məhsul və texnologiyaların inkişafı üzərində işə başladıqlarını deyib.

Sahədə əməliyyat imkanlarını artıracaq və ASELSAN ilə strateji üstünlüklər təmin edəcək məhsullar üzərində uğurlu araşdırmalar apardıqlarını izah edən Mercan kvadrokopter tipli şaquli enmə-qalxma qabiliyyətinə malik PUA-ları ayrı bir iş sahəsi olaraq düşünərək, DASAL-ı hazırladıqlarını qeyd edib.

Mercan tamamladıqları layihələrdən əlavə, davam edən 6 böyük layihənin olduğunu deyib.

O, 75 kiloqram daşıma qabiliyyətinə malik PUHU 75 Yük PUA-sının (PUHU C75) ilkin qəbulunu tamamladıqlarını və inventara əlavə etməyə hazırlaşdıqlarını bildirib.

Mercan MİKON (PEREGRINE) adını verdikləri, üzərində partlayıcı qurğu olan mikro sinfə məxsus PUA inkişaf etdirmə layihəsini bu yaxınlarda tamamladıqlarını və onun kütləvi istehsal mərhələsinə keçdiyini qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   PUA   ASELSAN  


Bizi "telegram"da izləyin