Putin: ABŞ və Ukrayna arasında yeraltı sərvətlərə dair mümkün razılaşmanın Moskvaya aidiyyəti yoxdur

2025/02/1739982252.jpg
Oxunub: 386     00:15     25 Fevral 2025    
Rusiya Prezidenti Vladimir Putin ABŞ və Ukrayna arasında yeraltı sərvətlərə dair mümkün razılaşmanın Moskvaya aidiyyəti olmadığını bildirib.

Ordu.az xəbər verir ki, Rusiya lideri bu barədə “Rossiya 1” telekanalındayayımlanan “Moskva. Kreml. Putin” verilişinin müəllifi Pavel Zarubinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiya ABŞ-yə nadir torpaq metalları sahəsində birgə işləmək imkanı təklif etməyə hazır olardı.

Putin vurğulayıb ki, Ukraynanın nadir yeraltı resursları hələ də qiymətləndirmə tələb edir:

"Rusiya nadir torpaq metallarının işlənməsi, o cümlədən yeni regionlarda xarici tərəfdaşlarla işləməyə hazırdır".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin