Mertz: Ukraynaya qoşun yeritmək gündəmdə deyil

2025/02/1740370912.jpg
Oxunub: 431     05:28     24 Fevral 2025    
Hazırda Ukraynaya qoşun yeridilməsi məsələsi gündəmdə deyil.

Ordu.az xəbər verir ki, bunu Fevralın 23-də Xristian Demokrat İttifaqından Almaniya kansleri seçilən Fridrix Mertz deyib.

"Mən bu məsələyə kansler Olaf Şolts kimi baxıram. Bu məsələ bu gün ümumiyyətlə gündəmdə deyil”, - Mertz bildirib.

Bundan əlavə, o qeyd edib ki, hazırda prioritet Avropanın Kiyevi necə dəstəkləməsinin müzakirəsidir, çünki bu məsələ kifayət qədər nəzərdən keçirilməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Almaniya  


Bizi "telegram"da izləyin